04-06-2014 [14:35]
"Meridian Company” MMC-nin təsisçisi, hazırda həbsdə olan Rauf Kərimovun anası Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevi ittiham edib. Baş Prokurorluğun yaydığı məlumata görə, Rauf Kərimov barəsində 27 mart 2014-cü il tarixində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Lakin Rauf Kərimovun vəkili Adəm Məmmədov "Azadlıq”a bildirmişdi ki, onun həbsi qanunsuzdur. "Rauf Kərimov kimi hazırda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir. Fakt üzrə cinayət işi 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə başlanıb. Lakin istintaqın gedişində bu maddə öz təsdiqini tapmadığından yuxarıda qeyd etdiyim ittihamlarla təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Elə bu faktın özü subut edir ki, Rauf Kərimovun heç bir günahı yoxdur və sadəcə onu həbs etmək üçün bəhanə gəzirlər”.
Rauf Kərimovun anası Zemfira Hüseynova isə bildirib ki, oğlunu Cahangir Hacıyev həbs etdirib. "Mənim üçün ana olaraq ən dəhşətlisi odur ki, Cahangir Hacıyevə bacardığı qədər qanunla dirəniş göstərmək istəyən oğlum, iş adamı Rauf Faiq oğlu Kərimovu, sonunda – iki ay bundan əvvəl ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbəri Cahangir Hacıyev təsir dairəsində olan digər banklardan istifadə etməklə, süni şikayət təşkil etdirərək həbs etdirib”, – deyə o, "Bizim Yol”a ünvanladığı məktubda vurğulayıb.
Zemfira Hüseynovanın sözlərinə görə, məsələnin kökündə onun mülkiyyətində olduğu Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 43 ünvanın yerləşən fərdi yaşayış evi dayanır. Həmin ev dörd mərtəbədən ibarət olmaqla, Içərişəhərdə, girişdən (Qız qalası tərəfdən) 100-150 metr məsafədə yerləşir. Cahangir Hacıyevin gözü bu evə düşüb. Beynəlxalq Bankın rəhbəri müxtəlif üsullarla evi ələ keçirmək istəyir. Zemfira Hüseynova bildirib ki, ev Beynəlxalq Bankda ipoteka yükümlü olub. Bütün borc, hətta gecikdirməyə görə dəbbə də ödənilib. Lakin Cahangir Hacıyev yeni iddia ilə çıxış edib: "Cahangir Hacıyev elə bir analoqu olmayan, avantürist iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bunu normal formada şərh etmək belə çətindir. Yəni yenidən bizə bütün borcu, dəbbəni, faizi və sairi, yəni verdiyi 1.498.500 ABŞ dolları borcun qarşılığında 2.209.696 ABŞ dolları almasına baxmayaraq, yenə də həyasızcasına bizdən 943.590,58 ABŞ dolları faiz borcu, 1.364.693,58 ABŞ dolları dəbbə pulu, cəmi 2.308.230,16 ABŞ dolları borcun tutulmasını tələb edir və bu absurd tələbini Bakı şəhəri Səbail rayon məhkəməsinin qəbul etdiyi 19 sentyabr 2013-cü il tarixli məhkəmə qətnaməsi ilə (sədrlik edən Nurəddin Bağırov) və Bakı Apelyasiya Məhkəməsinin 29 may 2014-cü il tarixli qərarı ilə (sədrlik edən Natiq Abbasov) qanuniləşdirir. Yəni insan tamahının bu qədərmi sərhəddi olmaz?! Borcunu tam ödəyəsən, dəbbəsi, faizi ilə birlikdə, sonra səndən yenə də dəbbə və faiz tələb edələr. Buna da nüfuzundan və imkanından istifadə edərək, ”Femida”ya oxşamaq üçün ədalət qarşısında gözünü bağlayaraq qərar verən hakimlər vasitəsilə icra edir”.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var