"Xəzər Lənkəran"a daha bir məşhur türk məşqçi gəlir

img

04-06-2014 [13:09]


Daha bir məşhur türkiyəli məşqçi azərbaycana gələ bilər. 

Mustafa Dənizli ilə əməkdaşlığa son qoyan "Xəzər Lənkəran" yeni məşqçi axtarışındadır. Bu posta isə "Beşiktaş"ın keçmiş məşqçisi Ertuğrul Sağlam gətirilə bilər. Bu iddia Türkiyə mətbuatında yer alıb. 

Məlumata görə, komandanı çalışdırmaq təklifi artıq Sağlamın özünə də çatdırlıb. Onun nə cavab verdiyi isə hələlik bəlli deyil. 

Mətbuatda yayılan məlumata görə, ötən mövsüm Türkiyə Kubokunun final mərhələsində oynayan "Eskişehirspor"da ciddi maliyyə çətinlikləri var. Bunun üçün də bəzi futbolçuları gələn təkliflər dəyərləndirilərək komandadan çıxarmağı düşünürlər. Bu isə komandanın məşqçisi Ertuğrul Sağlamın heç xoşuna gəlməyib.

anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA