Çempionlar Liqasının qalibi – “Real” (VİDEO)

img

25-05-2014 [02:19]


 Bu gecə Avropada futbol mövsümünə yekun vurulub. Qitənin birnömrəli klub turniri hesab olunan Çempionlar Liqasının final matçı keçirilib.

 Həlledici qarşılaşmada İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşılaşıb.

Mia.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luz" stadionunda baş tutan matç Bakı vaxtı ilə saat 23.45-də başlayıb. Final matçını holland FIFA referisi Byörn Kuypers idarə edibOna hollandiyalı Sander van Roekel türk Cüneyt Çakır kömək ediblər.

 Onu da bildirək ki, "Real" indiyədək 9 dəfə kuboku qazanaraq Çempionlar Liqasının ən çox qalibi olmuş komanda adını əldə edib. "Atletiko" isə ilk dəfə 1973/74 mövsümündə finala çıxıb və "Bavariya"ya uduzub. Madrid klubu 40 ildən sonra yenidən final oynayıb.

 "Real" və "Atletiko"unun final oyununa gəldikdə isə, oyunun ilk hissəsində "Atletiko» hesabı açıb. İkinci hissəyə əlavə edilmiş 5-ci dəqiqənin sonuncu dəqiqəsində isə «Real» hesaba tarazlıq gətirməklə oyunu uzatma dəqiqələrinə daşıyıb - 1:1.

 Uzatma dəqiqələrində isə "Real" və "Atletiko"nun qapısına yol tapıb. 110-cu dəqiqədə Qeyl "Real"ı önə çıxarıb. Bundan sonra daha iki qol vurmaqla "Real” Avropa liqasının qalibi olub – 4:1.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA