«Şərq ulduzu» ilə ATV-nin SMS fırıldağı çəkişməsində yenilik - Məhkəmə

img

03-06-2014 [18:38]


 «Şərq ulduzu» SMS yarışmasının qalibi ilə ATV telekanalı arasındakı məhkəmə çəkişməsinə son qoyulub.

 Mia.az xəbər verir ki, telekanala qarşı SMS fırıldağı ilə bağlı iddia qaldırılmışdı. Belə ki, ötən il ATV kanalında nümayiş olunan «Şərq ulduzu» SMS yarışmasının qalibi Ayla Şiriyeva onun anası Təranə Şiriyeva yarışda mükafat qismində Bakı şəhərində nəzərdə tutulan mənzilin verilməməsində kanal rəhbərliyini də günahlandırırdı. Ancaq telekanal rəhbərliyi bu iddianı qəbul etmir və bildirirdilər ki, kanal həmin yarışmaya məsul olmayıb. Yalnız o yarışı keçirən şirkətə efir vaxtı ayırıb.

 Mia.az xəbər verir ki, 15 yaşlı Ayla Şiriyeva final səsverməsində 63 min 300 səs yığsa da, da müsabiqənin təşkilatçısı "OX Production"un direktoru Xalid Süleymanlı mənzil mükafatını bu günədək onlara təqdim etməyib: « Ona görə də Şiriyevalər Yasamal rayon Məhkəməsində ATV-yə qarşı iddia qaldırıblar. Lakin həmin məhkəmənin çıxardığı qətnamə Ayla Şiriyeva və onun anasını təmin etməyib».

 Məlumata görə, «Şərq ulduzu»nun qalibi və anası Yasamal rayon Məhkəməsinin qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriblər: «Onların şikayətinə isə ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılıb. Daha dəqiqi, Şiriyevalar iddialarından imtina etdikləri üçün hakim işə xitam verib».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR