Bu ölkə qadınlara parlamentdə 33 faiz kvota ayıracaq - Qanun təsdiqləndi

img

22-09-2023 [14:26]


Hindistanda 2029-cu ilə qədər parlamentin aşağı palatasında və əyalət məclislərində deputat yerlərinin 33 faizi qadınlara ayrılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu qanun layihəsi parlament tərəfindən dünənki iclasda qəbul olunub.

Bu barədə açıqlama verəm Maliyyə naziri Nirmala Sitharaman bildirib ki, qadınların bu təmsilçiliyi 2029-ci ildəki seçkidən etibarən qüvvvəyə minəcək.

Müxalifət isə qərarın 2029-da qüvvəyə minməsinə etiraz edərək, bu layihənin 2024-cü ilin mayında keçiriləcək parlament seçkisində keçərli olmasını tələb etməyə başlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR