"Növbəti mümkün görüş Bakıda baş tuta bilər" - Politoloqdan Yevlax görüşünə şərh
21-09-2023 [17:53]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş baş tutdu.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Yevlax görüşünü ümumi mənada müsbət qiymətləndirmək olar. Hər şeydən öncə onu demək lazımdır ki, erməni sakinlərini təmsil edən Sergey Martirosyan və David Melkumyanın görüşdə iştirak etməsi faktiki olaraq “arsax dövləti” və ya Qarabağ ermənilərin öz müqəddəratı adı altında separatçı fəaliyyətdən imtina mənasına gəlir. Başqa cür desək, Sergey Martirosyan və David Melkumyanın Yevlax görüşündə iştirak edərək təmsil etdikləri Qarabağ ermənilərinin Azərbaycanın bir parçası olduqlarını bildirmiş oldular. Görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbinin olması mühüm detal idi.
Diqqətçəkən əsas məqam isə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Rəsmi Bakı tərəfindən görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Prinsip etibarilə qeyd edilən məsələləri həll etmək çox asandır. Amma Bakının da şərtləri yerinə yetirilməlidir. Söhbət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasından gedir.
Yəni Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqları silah və texnikalar, habelə separatçı silahlı qüvvələr tərk-silah edilib ərazidən çıxarılmalıdır.
Görüşlə bağlı ən önəmli detal isə şübhəsiz tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilməsidir. Növbəti mümkün görüş Bakıda baş tuta bilər. Hesab edirəm, Qarabağın erməni sakinlərinin nümayəndələri bundan sonrakı görüşlərdən imtinanın nə ilə nəticələnəcəyini artıq bilirlər.
Turan Rzayev
MİA.AZ
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur