Tofiq Yaqublu və İlqar Məmmədovun apelyasiya məhkəməsi təxirə salındı

img

02-06-2014 [13:40]



"İsmayıllı işi” prosesi üzrə həbs olunmuş Tofiq Yaqublu və İlqar Məmmədovun 5 iyun saat 11:00-a qərarlaşdırılmış apelyasiya məhkəməsi təxirə salınıb.

Bu haqda məlumatı redaksiyamıza Tofiq Yaqublunun vəkili Nemət Kərimli verib: "İyunun 5-də saat 11:00-da İnşallah Quliyevin sədrliyi ilə Tofiq Yaqublu və İlqar Məmmədovun birinci instansiya məhkəməsinin qərarına etiraz olaraq, növbəti apelyasiya məhkəməsi olmalıydı. Bu gün Şəki Apelyasiya Məhkəməsindən heç bir izahat vermədən bildirdilər ki, məhkəmə təxirə salınıb. Ancaq məhkəmənin nə vaxta təyin olunduğunu isə demədilər”.

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini, "Yeni Müsavat” qəzetinin köşə yazarı T. Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23-də və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA