Ermənilərdən daha bir təxribat: ABŞ-dakı Baş Konsulluğumuzun binasına hücum olub

Ermənilərdən daha bir təxribat: ABŞ-dakı Baş Konsulluğumuzun binasına hücum olub

GÜNDƏM

20.09.2023, 12:24

Azərbaycanın ABŞ-nin Los-Ancelos şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə məlumat və uyğun video sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.

Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.

Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Ancelos polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR