Meriyadan “Müsavat”ın qurultayı ilə bağlı rəsmi açıqlama

img

02-06-2014 [12:09]


Müsavat Partiyası mayın 27-də növbəti dəfə qurultay üçün yer ayrılması ilə bağlı Bakı meriyasına müraciət edib.

Bakı Şəhər İcra Hakimiyyəti ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov Hafta.az-a açıqlamasında müraciət məktubunun quruma daxil olduğunu bildirib:

"Müsavat Partiyasının qurultay keçirməklə bağlı növbəti müraciəti bizə daxil olub. Hazırda sənədə baxılır. Qərar hazır olduqda müvafiq qaydada cavab veriləcək”.

Z.Ramazanov Bakı meriyasının Müsavat Partiyası üçün ayırdığı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində istədikləri vaxt qurultay keçirə biləcəklərini dedi: "Müsavat Partiyasının may ayının 24-də planlaşdırdığı qurultayına Bakı Şəhər İcra Hakimiyyəti etiraz etməmişdi. Tədbirin tarixini siyasi partiyalar özləri seçir. Siyasi partiya özünün hər hansı toplantısını keçirəndə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib yer, tarix və tədbir haqda məlumat verib, istəklərini bildirdikdə, biz bunun mümkünlüyünü araşdırıb, müvafiq şəkildə cavab veririk”.

Xatırladaq ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirmək üçün ayrılmış yerdən imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA