TFF-dən Stefan Kuntzla bağlı açıqlama: "Onun qovulması xəbəri həqiqəti əks etdirmir"

img

19-09-2023 [00:07]


Türkiyə Milli komandanın baş məşqçisi Stefan Kuntz ilə yollar ayrılmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) sosial media hesabında məlumat yayıb.

Məlumata görə, TFF Stefan Kuntzun milli komandadan qovulmadığını bəyan edib: "Milli Komandanın baş məşqçisi Stefan Kuntzla bağlı xəbərlər və iddialar həqiqəti əks etdirmir".

Bildirilib kı, sentyabrın 20-də Türkiyə Futbol Federasiyasında keçirilən tədbirə Stefan Kuntz da dəvət olunub.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA