Partiya sədri: "3 seçkl dairəsi ləğv olunur, Sumqayıtda və Abşeronda isə 5 yeni "deputat yeri" yaradılır" - Ölkədə yeni seçki sistemi yaranır

Partiya sədri: "3 seçkl dairəsi ləğv olunur, Sumqayıtda və Abşeronda isə 5 yeni "deputat yeri" yaradılır" - Ölkədə yeni seçki sistemi yaranır

SİYASƏT

14.09.2023, 16:07

Azərbaycanda 3 seçkl dairəsi ləğv olunur.

Mia.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial media hesabında yazıb.

O bildirib ki, MSK tərəfindən onlara üzvlərinin təmsil olunduğu bu üç seçki dairəsinin ləğvi barədə bildiriş göndərib: "Bildirişə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi, 76 saylı Lənkəran-Astara seçki dairəsi  və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi ləğv ediləcək.Əvəzində isə Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq. Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirib".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR