"BİR SƏHİFƏLİK ESSE" HAQQINDA BİR SƏHİFƏLİK STATUS...
11-09-2023 [19:49]
Nadir QOCABƏYLİ
***
Təhsil nazirimiz deyib: "Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir."
Esse, köhnə təbirlə desək, inşa yazmaq asan və hər adamın işi deyil. Yadımdadır, orta məktəbdə bizə şablon mövzularda inşalar yazdırırdılar. "Əmək insanı ucaldır", "SSRİ sülhün dayağıdır", "Axundovun komediyalarında dini fanatizmin ifşası" və s.
Ali məktəbə də ədəbiyyatdan yazılı imtahan verirdik. Hazırlaşarkən inşa konspektləri yazır, onları əzbərləyirdik. Bir dəfə Mehdi Hüseynin "Abşeron" romanı, bir dəfə də Hüseyn Cavidin "Siyavuş" faciəsi haqqında qüsursuz inşa yazdığımı xatırlayıram. Amma o dövrün əldəqayətma professorları (Pənah Xəlilov və Yusif Seyidov) hərəsində qondarma bir səhv tapıb, qiymətimi kəsdilər. Onları qınamıram, çünki yuxarıdan verilən tapşırıq əsasında işləyir, müqabilində pul alırdılar. Nəticədə savadlı gənclərin başı kəsilirdi. İndi qohum-əqrəbalarını dindirsən deyəcəklər ki, bizim dədə-babamız belə vicdanı-micdanlı olub və s.
Nə isə, mövzudan uzaqlaşmayaq. Sonralar düşündüm ki, uşaqların, daha sonra yeniyetmələrin və gənclərin, ümumiyyətlə götürdükdə isə elə yetkin nəslin də müstəqil, azad düşünüb, keyfiyyətli mətnlər yaza bilmələri üçün sovet təhsil sistemi də düzgün metodikadan istifadə etmirdi.
Çünki dediyim kimi, mövzular şablon idi. İnsanlara azad düşünmək və fikrini sərbəst ifadə etmək imkanı verilmirdi. Biz inşa yazarkən öz düşüncələrimizi yox, kimlərinsə basmaqəlib fikirlərini əzbərləyib, kağıza köçürürdük. Bəli, bu müəyyən mənada qrammatik baxımdan savadlı yazmaq, düzgün cümlə qurmaq vərdişi aşılayırdı, ancaq sərbəst, geniş, elmi, fəlsəfi düşünməyi öyrətmir, bədii təxəyyülə, xəyal gücünə meydan vermirdi.
İndisə ümumiyyətlə heç yerdə heç kəsə mətn yazmaq öyrədilmir. Elə bu səbəbdən savadlı-səliqəli mətnlər də, keyfiyyətli esselər də günü gündən azalır.
Mən burada - feysbukda savadlı, səviyyəli mətn görəndə hədsiz sevinir, hətta şərh yazaraq, buna görə təşəkkürümü bildirirəm. Ancaq etiraf edim ki, belə statuslar çox azdır. Hətta bir çox tanınmış qələm sahiblərinin, kitab müəlliflərinin yazdıqlarını çox zaman oxuya bilmirəm. Belə bir söz var: oxunaqlı. Bu sözü həmin mətnlərə aid etmək olmur.
Emin Əmrullayev də, düşünürəm ki, bunu nəzərdə tutur. O səhv etmirəmsə, ABŞ-da oxuyub. Tomas Vulfun romanını tərcümə edərkən Amerika məktəblərində inşa yazısına böyük önəm verildiyindən mən də xəbərdar olmuşam. Görünür, Amerikanın inkişafında bu amilin rolunu təhsil nazirimiz də anlayıb və burada bizdə olmasını da xəyal edir.
Bəli, bizdə bunu ancaq xəyal etmək olar. Çünki təkcə abituriyentlər yox, tələbələrin, müəllimlərin, professorların, hətta redaktorların, deputatların, nazirlərin çoxu normal mətn yazmaq qabiliyyətindən məhrumdur. İnanın ki, belə yazıçılar, şairlər, ailmlər, hətta akademiklər də var.
Adını yazmaq istəmirəm, çünki mənə pisliyi keçməyib, ancaq bir dəfə bir akademikin kitabını redaktə edərkən buna şəxsən əmin olmuşam.
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR