Kanadanın baş naziri Hindistanda "ilişib qaldı" - Təyyarəsi xarab olub (FOTO)

img

11-09-2023 [10:08]


Hindistanda keçirilən G20 Zirvə Toplantısından sonra ölkəni tərk etmək üçün hava limanına gedən Kanadanın Baş naziri Castin Trüdo və heyəti gözlənilməz xəbərdarlıqla qarşılanıb.

Mia.az-ın xarici mətbuata istinadla məlumatına görə, Yeni Dehlidəki hava limanında baş nazir Castin Trüdo bildirilib ki, təyyarədə texniki nasazlıq yaranıb və bu səbəbdən havalanmaları mümkün deyil.

Castin Trüdo "Global News"a açıqlamasında deyib ki, Kanada Silahlı Qüvvələri ona texniki problemlə bağlı məlumat verib: "Bu texniki problem bir gecədə həll edilə bilməz, nümayəndə heyətimiz burada - Hindistanda qalacaq. Alternativ variant həllini tapan kimi, buranı tərk edəcəyik"

Samir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR