Borrell Gürcüstana gəldi, Tbilisidən mühüm mesajlar verdi: "Aİ-nin qapısı sizə açıqdır"
08-09-2023 [00:40]
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Gürcüstana səfər edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, axşam saatlarında Gürcüstana gələn Borreli Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili qarşılayıb.
Məlumata görə, hava limanından Aİ-nin Tiflis ofisinə gələn Borrell açıqlamasında Gürcüstanda ilk dəfə rəsmi təmasları olduğunu və sabah (Bu gün - MİA.AZ) mühüm görüşlər keçirəcəyini deyib.
Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin davam etdiyini xatırladan Borrel bir neçə həftə ərzində Gürcüstana “namizəd ölkə” statusunun verilməsi ilə bağlı müvafiq qiymətləndirmələrin aparılacağını qeyd edib: "Biz Gürcüstanın Aİ ilə inteqrasiya prosesini dəstəkləyirik. Avropa İttifaqının qapısı Gürcüstana açıqdır. Bizim qapılarımız sizə açıqdır və bu yolda sizə dəstək olmaq istəyirik".
Borrell bəyan edib ki, Gürcüstana "namizəd ölkə" statusunun verilməsi üçün Tbilisi hökuməti Aİ-nin 12 bəndlik meyarlarına cavab verməlidir: "Bəli, bu istiqamətdə mühüm işlər görülməlidir. Mən bu şəhərin (Tbilisi) küçələrində çoxlu Avropa bayraqları görürəm və bilirəm ki, Gürcüstan əhalisinin 80 faizi Aİ üzvlüyünü dəstəkləyir".
Məlumata görə, Borrell bu gün səhərdən Gürcüstanın baş naziri İrakli Qaribaşvili, prezident Salome Zurabişvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşəcək. O, həmçinin Rusiya tərəfindən işğal olunan Cənubi Osetiya ilə təmas xəttinə baxış keçirəcək.
Samir Musayev
MİA.AZ
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)