Daha iki rayon istiqamətində ermənilər təxribat törədiblər - "İşlər dərhal dayandırılıb"

img

07-09-2023 [14:59]


Sentyabrın 7-si saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR