ABŞ-ın 6-cı böyük şəhərindən Azərbaycan Bəyannaməsi - KONSULLUQ

img

30-05-2014 [11:14]


ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhərinin merinin imzaladığı bəyannamə ilə 28 may 2014-cü il tarixi Finiks şəhərində "Azərbaycan Respublikası Günü” elan edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a daxil olan xəbərə görə, Bəyannamədə şəhər meri Qreq Stənton yüzlərlə azərbaycanlının Finiks şəhərində yaşadığını və bu şəhəri ziyarət etdiklərini bildirərək, onların şəhərin həyatına öz yaradıcılıq ruhu və gərgin əməyi ilə qiymətli töhfələr verdiklərini qeyd edir. O, Azərbaycan xalqı ilə Arizona əhalisi arasında münasibətlərin getdikcə gücləndiyini vurğulayaraq, bu münasibətlərin dostluğa, qarşılıqlı əməkdaşlığa və hörmətə əsaslandığını diqqətə çatdırır. Mer bu səpkidə mədəniyyət və təhsil mübadilələrinin faydalı olduğunu bildirir. Bəyannamədə Azərbaycan xalqı ilə Finiks sakinləri arasındakı dostluğun bundan sonra da müsbət istiqamətdə inkişaf edəcəyi qeyd olunur.

Sonda mer 28 may, 2014-cü il tarixini  Finiks şəhərində "Azərbaycan Respublikası Günü” elan edir və bütün şəhər sakinlərini bu günü və Azərbaycan ilə ABŞ arasındakı böyük dostluğu qeyd etməyə çağırır.

Xatırladaq ki, bu il Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun səlahiyyət dairəsinə daxil olan Kaliforniya ştatının Monterey və Havay ştatının Honolulu şəhərləri, eləcə də Nyu Meksiko ştatı 28 mayı "Azərbaycan Milli Günü” elan ediblər.

Qeyd edək ki, 1,5 milyon insanın yaşadığı Finiks şəhəri Arizona ştatının ən böyük, ABŞ-ın isə 6-cı ən böyük şəhəridir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA