İSTANBULU SEL BASDI: şəhər həyatı iflic oldu, ölənlər var - FOTOLAR

img

06-09-2023 [00:35]


Bu gün güclü yağış İstanbulun Arnavutköy və Başakşehir rayonlarında fəlakətə yol açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda leysan yağış həyatı iflic edib. 

Məlumata görə, Arnavutköydə yollar göllərə çevrilib, maşınlar və xeyli iş yerləri su altında qalıb. 

Başakşehirdə isə metro stansiyasını su basıb və vətəndaşlar çətin anlar yaşayıb. 

Başakşehirdə sel suları iki nəfərin ölümünə səbəb olub, yaralılar var.

İstanbul valisi Davud Gül əhaliyə xəbərdarlıq edərək, evdən çıxmamağə xahiş edib: "İstanbulun müxtəlif səmtlərində, xüsusilə Arnavutköy və Başakşehirdə şiddətli yağış yağır. Sizlərdən xahiş edirəm ki, sellərə qarşı həssas olun və evdən çıxmayın".

İstanbul Böyükşəhər Bələdiyyəsinin Bələdiyyə başçısı Əkrəm İmamoğlu da vətəndaşları diqqətli olmağa çağırıb.

Lamiyə Əhmədli

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR