Bayden həkimlərin nəzarəti altına alındı - ABŞ lideri də G20 sammitinə qatılmayacaq?

img

05-09-2023 [10:22]


ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden koronavirusa yoluxub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bundan sonra ABŞ prezidenti bir gün aralıqla iki dəfə test verib: "Lakin onun nəticəsi neqativ çıxıb".

Məlumata görə, hazırda prezident Bayden də həkimlərin nəzarəti altınadır.

Xəbərdə deyilir ki, bu hala görə Baydenin sentyabrın 8 və 9-da Hindistanda keçiriləcək G20 sammitində iştirak edəcəyi sual altına düşüb.

Xatırladaq ki, sammitə Çin və Rusiya prezidentləri qatılamayacaq. Çini sammitdə Baş nazir, Rusiyanı isə XİN başçısı Lavrov təmzil edəcək.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR