"Beşiktaş" "Arsenal"ın 80 milyon avroluq hücumçusu ilə müqavilə imzalamağa hazırlaşır

img

05-09-2023 [00:38]


"Beşiktaş" "Arsenal"dan Pepeni almağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pepe ilk əvvəl "Beşiktaş"ın təklifinə "yox" desə də, sonradan o, "yumşalıb".

Fransanın "L'Equipe" qəzeti yazıb ki, "Beşiktaş" fransız futbolçu Nikolas Pepe ilə şərtləri razılaşdırıb: "Artıq futbolçu Parisdə sağlamlıq müayinəsindən keçirlib. Qısa müddətdə "Beşiktaş"la müqavilə imzalanacaq".

Yazıda Pepenin 2019-cu ildə "Lill"dən "Arsenal"a 80 milyon avroya transferi xüsusi qabardılıb və futbolçunun ingilis klubunda gözlənilən oyunu oynaya bilməməsi qeyd edilib.

Xatırladaq ki, Pepe "Arsenal"da 112 oyunda 27 qol vurub, 21 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR