"Qalatasaray" məşhur futbolçu ilə 15 milyon avroya razılaşdı

img

05-09-2023 [00:08]


"Qalatasaray" "Tottenham" və bu komandanın məşhur futbolçusu Tanguy Ndombele ilə transfer danışıqlarına başlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" Tanguy Ndombeleni satınalma şərti ilə "Tottenhem"dən icarəyə götürür.

Məlumata görə, tərəflər artıq anlaşıblar və bu gün futbolçu ilə müqaviləyə imza atılacaq.

Xəbərdə o da deyilir ki, "Qalatasaray" bu futbolçu üçün ingilis klubuna 15 milyon avro ödəyəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR