Ərdoğanla Putin arasında maraqlı dialoq: "Gələn dəfə bura istirahətə gəl" - VİDEO

img

05-09-2023 [00:04]


Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə prezident Ərdoğan Soçiyə səfər edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ikitərəfli danışıqlar aparmaq üçün Soçiyə gələn prezident Ərdoğanı Boçarov Ruçey sarayının qapısında qarşılayıb. 

Qarşılanma mərasimində iki ölkə lideri arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Putin "Necəsiniz? Necə keçdi gəlişiniz?", - deyə Ərdoğanla salamlaşaraq soruşub.

Ərdoğan ona cavabda "yaxşı, zatən 1.5 saatlıq yoldur" deyib.  Bu zaman Rusiya liderinin "o zaman növbəti dəfə bizə - bura istirahətə gəlin. Bura çox yaşıllıq ərazidir" sözlərinə Türkiyə prezidenti "Hə, bizim Qara dənizimiz kimi" cavabını verib.

İki ölkə liderinin bu səmimi dialoqu qısa zamanda dünya mediasında tirajlanıb.

Tahir Şəlvəli 

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR