Putin: “Türkiyə ilə vacib addımlar atacağıq” - "Dünyanın gözü burdadır" (FOTOLAR)
04-09-2023 [15:28]
"Biz yaxın gələcəkdə həm qaz, həm də digər yataqlarda Türkiyə ilə mühüm addımlar atacağıq".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Putin Ərdoğanla Soçidə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ərdoğanla bu gün bir çox məsələləri müzakrə edəcəklər: “Ümid edirəm ki, yaxın gələcəkdə enerji sektorunda vəziyyəti sabitləşdirmək üçün qaz qovşağı ilə bağlı danışıqları başa çatdıracağıq. Biz, eyni zamanda, Ukrayna böhranını müzakirə edəcəyik. Siz taxıl anlaşmasını gündəmə gətirəcəksiniz, biz bu danışıqlara açığıq".
Prezident Rəcəb Tayyib Ərdoğan isə deyib ki, “Taxıl Dəhlizi" görüşdən sonra xüsusilə də Afrika ölkələrinə doğru atılan addımın çox əhəmiyyətli olacağına inanır: "Əvvəla, bu dəvətlə Türkiyə-Rusiya münasibətlərində çox fərqli bir dövrdəyik. Xüsusilə belə bir vaxtda, Rusiya ilə Ukrayna arasında müharibənin başladığı bir vaxtda bu səfər və sizin dəvətiniz məni və nümayəndə heyətimi çox sevindirdi.
Təbii ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə indiki xarici ticarət həcmimizin 62 milyard dollara çatması və 100 milyard dollar hədəfinə doğru getdiyimiz üçün sevinirik. Hesab edirəm ki, Mərkəzi Bank rəhbərlərimizin bir araya gəlməsi, ayrı-ayrılıqda görüşməsi, ikitərəfli münasibətlərimizdə yerli valyutaya addım atması da vacibdir.
Akkuyu Atom Elektrik Stansiyasında işlər hazırda yaxşı gedir. Qeyd etdiyiniz kimi, orada 25 minə yaxın iş yerinin olması vacibdir. Birinci bölmə ilə bağlı atılan addım yaxşıdır. Bundan başqa, düşünürəm ki, biz Sinop Atom Elektrik Stansiyası ilə bağlı daha əvvəl sizinlə müzakirə etdiyimiz kimi addım atmalı olacağıq. Trakyada bir HUB (qazpaylayıcı mərkəz) olacağı da zənginlik və canlılığın başqa bir elementidir.
Türkiyə ilə Rusiya arasında atılan ən mühüm addımlardan biri turizm sahəsindəki inkişaflardır.
Bütün bunlarla yanaşı, Türkiyə-Rusiya münasibətlərində hər kəsin bu səfərlə Taxıl Dəhlizi məsələsinə baxması ən mühüm addımdır. Burada Taxıl Dəhlizi ilə bağlı bu gün nə çıxacağını gözləyirlər. İnanıram ki, görüşümüzdən sonra mətbuat konfransı ilə veriləcək mesaj, xüsusilə də inkişaf etməmiş Afrika ölkələri üçün çox əhəmiyyətli bir addım olacaq.
Aramızdakı digər mühüm məsələ müdafiə sənayesi istiqamətində atdığımız və atacağımız addımlardır. Enerji sektorunda aramızda olan addım, xüsusilə təbii qaz mövzusunda, təbii qaz mövzusunda bu anda Rusiya ilə çox əhəmiyyətli bir əlaqəmiz var. İnanıram ki, biz bunu bundan sonra da əlaqələrimizi daha da qabağa aparacağıq".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı