Ankarada kuryoz hadisə: havada uçan döyüş təyyarəsinin "bak"ı açılaraq maşınların üstə düşdü - FOTOLAR

img

04-09-2023 [14:16]


Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus F-4 döyüş təyyarəsi Ankara səmasında uçarkən dəhşətli hadisə baş verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qırıcı təyyarənin bir hissəsi uçuş zamanı qopub. 

Məlumata görə, sözügedən parça TPAO şirkətinin avtomobil dayanacağına düşüb.

Hadisədə ölən və ya xəsarət alan olmasa da, düşən parçanın yanacaq çəni olduğu iddia edildi. 

Məlumata görə, dayanacağa düşən "bak" 3 avtomobilə ciddi zərər vurub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Samir Musayev

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR