Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

img

04-09-2023 [11:36]


Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR