Rusiya Ermənistan və Qazaxıstan vətəndaşlarını muzdlu əsgərə çevirir - 6 milyon mühacirin hesabına ordudakı itkiləri bərpa etmək istəyirlər
03-09-2023 [22:08]
Böyük Britaniyanın “The Daily Mail” qəzeti “Putin's Russia scrambles to draft in mercenaries from Armenia and Kazakhstan to plug gaps in troop numbers fighting in Ukraine MoD said Russia has been appealing to citizen of neighbouring countries with recruitment adverts since June” (Putin Rusiyası Ukraynada döyüşən hərbçilərin sayının azalmasının qarşısını almaq üçün Ermənistan və Qazaxıstandan muzdlu əsgərlər cəlb etməyə çalışır.
Müdafiə Nazirliyi bildirib ki, Rusiya iyun ayından etibarən qonşu ölkələrin vətəndaşlarına hərbi xidmətə qəbul elanları ilə müraciət edir) adlı məqalə ilə çıxış edib.
ABŞ rəsmilərinə istinadən qəzet yazır ki, 18 ay əvvəl Ukraynada müharibə başlayandan bəri Moskva ağır əsgər itkiləri verib və həlak olan və ya yaralanan Rusiya və Ukrayna hərbçilərinin ümumi sayı 500 minə yaxındır. Vladimir Putin Ukraynada döyüşən qoşunların sayının azalmasının qarşısını almaq üçün Rusiya ordusunda xidmət etmək məqsədi ilə Ermənistan və Qazaxıstandan muzdlu əsgərlər cəlb edir. Rusiya iyun ayından etibarən qonşu ölkələrin vətəndaşlarından hərbi məqsədlər üçün yararlanmağa başlayıb.
Bildirilir ki, Ermənistan və Qazaxıstandan olan hər bir muzdlu əsgərə ilkin ödəniş 495 000 rubl (4079 funt sterlinq, 79 sent 1 dollardır) və 190 000 rubl (1 566 funt sterlinq) maaş təklif edən online reklamlar yayılıb. Qazaxıstanın şimalındakı Qostanay bölgəsində etnik rus əhaliyə müraciət olunub. Ən azı may ayından etibarən Rusiya Mərkəzi Asiyadan olan miqrantlara Ukraynada döyüşmək üçün müraciət edib, onlara sürətlə həyata keçirilən vətəndaşlıq və 3305 funt sterlinqə qədər maaş vəd olunub.
Qəzet qeyd edir ki, Mariupoldakı özbək miqrant inşaatçıların pasportlarının müsadirə edilib. Bu yolla onları Rusiya ordusuna qoşulmağa məcbur edirlər. Kremlin ehtimal ki, Rusiyada Mərkəzi Asiyadan olan ən azı 6 milyon miqrant var və rəsmi Kreml həmin miqrantlara potensial muzdlu əsgər gözü ilə baxır. O da vurğulanır ki, Rusiya çox güman ki, 2024-cü il prezident seçkiləri ərəfəsində qeyri-populyar olan daxili səfərbərlik tədbirlərindən qaçmağa çalışır. Xarici vətəndaşların istismarı Kremlə artan əsgər itkilərini bərpa etmək üçün əlavə imkan yaradır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev bu il 280 min nəfərin Rusiya ordusunda peşəkar hərbi xidmət üçün müqavilə əsasında qeydiyyatdan keçdiyini bildirib.
Keçən il Rusiya hərbi personalını 30 faizdən çox artıraraq 1,5 milyona çatdırmaq planını açıqlamışdı. Bəzi rusiyalı deputatlar isə Rusiyanın ölkənin təhlükəsizliyini təmin etmək üçün 7 milyonluq peşəkar orduya ehtiyacı olduğunu bildirib. Bu isə böyük büdcə vəsaiti tələb edəcək təklifdir.
Onu da qeyd edək ki, Rusiyada 2 milyon nəfərdən çox azərbaycanlı yaşayır. Onların da zorla muzdlu döyüşçüyə çevrilməsi üçün Rusiyada müəyyən addımlar atılıb. Ancaq bu cəhdlər o qədər də uğurlu olmayıb. Qonşu Dağıstan əhalisi də Rusiya-Ukrayna müharibəsinə qatılmağa ciddi müqavimət göstərir. Göründüyü kimi, Rusiya müharibəni miqrantların hesabına aparmağa çalışır. Eyni zamanda Rusiyanın daxilində yaşayan etnik qrupların nümayəndələrini də rəsmi Moskva məqsədli şəkildə ön cəbhəyə göndərir. Yerli ruslar isə, xüsusən gənclər, bütün mümkün vasitələrlə Rusiyanı tərk etməyə çalışırlar.
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ