SƏRHƏDDƏ GƏRGİNLİK BÖYÜYÜR: Ermənistan zərbə PUA-sı tətbiq edib - Daha iki hərbçimiz yaralanıb, qarşı tərəf isə... (Yenilənib)

img

01-09-2023 [16:19]


Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb.

Mia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu gün baş verən hərbi toqquşmada 4 nəfərin həlak olduğunu etiraf edib.

Nazirlik 1 hərbçinin yaralandığını açıqlayıb(Report).

Xatırladaq ki, bundan əvvəl sərhəddə təxribat törədən iki erməni hərbçisinin məhv edildiyi, birinin isə yaralandığı bildirilirdi.

***

"Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur".

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur.

***

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Xatırladaq ki, bundan əvvəl daha bir hərbçimizin yaralanma xəbəri rəsmən açıqlanıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR