Konfrans Liqası: "Beşiktaş" "Dinamo Kiyev"i mübarizədən kənarlaşdırdı

img

01-09-2023 [00:03]


Bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 3-2 qlaib gələn "Beşiktaş" İstanbulda keçirilən cavab qarşılaşmasında "Dinamo Kiyev"i məğlub edib.

Mia.az TRT Spor-a istinadla xəbər verir ki, "Beşiktaş" pley-off mərhələsində "Dinamo Kiyev"ə 1-0 qalib gəlib.

Belə ki, ilk hissəsi 0:0 başa çatan oyunda şenol Günəşin yetirmələri ikinci hissədə daha da istəkli oynayıb. Nəhayət, Abubakar hesabı açıb - 1:0.

O, qoldan sonra etidyi hərəkətə görə sarı kartla cəzalandırılıb.

Oyunda yeganə qol elə bu olub və ümumi nəticəyə (4:2) "Beşiktaş" qruplara vəsiqəni təmin edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR