29-05-2014 [16:37]
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Çexiyanın Brno şəhərində
fəaliyyət göstərən Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşəsi
yaradıb.
Guşə Texnoloji Universitetin mərkəzi kitabxanasında yerləşdirilməsiylə
bağlı Mia.az-a daxil olan məlumata görə, guşənin kitabxanada daimi qalmasıyla
bağlı universitetin rəhbərliyi BDM-ə bununla bağlı məktub verərək qərarı rəsmiləşdirib.
Tədbir Azərbaycan himninin oxunması ilə başlanıb. Tədbirdə azərbaycanlı
iş adamları Naqif Fəzizadə, Mübariz Ağayev, Qasım Fəzizadə, çex ictimaiyyətinin
nümayəndələri, universitetin müəllim və tələbə heyəti, QHT və KİV nümayəndələri
də iştirak edib. Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev guşənin
açılmasında dəstəyi və zəhməti olan hər kəsə, başda QHT-lərə Dövlət Dəstəyi
Şurası olmaqla, Texnoloji Universitetin rəhbərliyinə minnətdarlığını bildirib.
O, çıxışında prezident İlham Əliyevin Çexiya Respublikasına səfərindən, həmçinin ermənilərin Qarabağı işğal etməsi və
Xocalıda soyqırım törətməsindən danışıb. Çıxışının sonunda sözdə ermənilərin
"soyqırımı” iddialarıyla türklərə qarşı apardıqları mübarizədə çex
parlamentinin Azərbaycanı müdafiə etməsi və dəstəkləməsinə görə təşəkkürünü
bildirib.
Sonra çıxış üçün söz Texnoloji Universitetin dekanı, prof.ing.MBA.
Rostislav Droçitaya verilib. O çıxışında universitetdə Azərbaycan, Qarabağ guşəsinin
açılmasına çox şad olduğunu qeyd edib. Bildirib ki, "hər zaman Azərbaycan
xalqının yanında olmaq, ona dəstək vermək bizim insani borcumuzdur”.
Prof.ing.MBA. Oldriç Saşinka isə çıxışında 16 ildir Azərbaycan xalqı
ilə təmasda olduğunu, Azərbaycanın tanınmış
təhsil ocaqları ilə əməkdaşlıq müqavilələrinin mövcudluğunu qeyd edib və
Qarabağ həqiqətlərində Azərbaycanın haqlı olduğunu dəfələrlə bildirdiklərini
vurğulayıb.
Növbəti çıxış üçün söz Azərbaycanın yaxın dostu, Qarabağla bağlı
silsilə görüşlər keçirib məqalələr yazan, dəfələrlə işğal edilmiş ərazilərə səfər
edən professor İvan Meznik çıxışında birmənalı şəkildə Qarabağın Azərbaycan
torpağı olmasını, ermənilərin işğalçı siyasət yürütdüyünü qeyd edərək, həmişə
Azərbaycan xalqının yanında olacaqlarını bildirib.
Sonra çıxış üçün söz alan BDM-in dəvət ilə Azərbaycana səfər etmiş Cənubi
Moraviya Brno Şəhər Akademik Nəşriyyatının Baş direktoru doç.ing. Tomaş Çermak
"Bu söylənənlərlə tam razıyam, çünki, özüm də Azərbaycanda olduğumda ermənilərin
törətdiyi cinayətləri o insanların dilindən eşitmişəm və çox duyğulanmışam” deyə
qeyd edib.
Daha sonra çıxış edən Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin
(ASİM-DER) başqanı Göksəl Gülbəy yalançı erməni "soyqırımı” iddialarıyla 60-a
yaxın dövləti aldadan ermənilərin bu yalanlarına inanmayan çex xalqına, alimlərinə
və rəsmilərinə təşəkkürünü bildirib.
Həmçinin tədbirdə çıxış edən BDM-in Avropa təmsilçisi professor Azər
Kərimov guşənin Avropanın tanınmış universitetlərindən birində açılmasını
tarixi hadisə kimi qiymətləndirərək növbəti universitetlərdə bu kimi guşələrin
açılmasına əlllərindən gələni əsirgəməyəcəklərini bildirib.
BDM-in sədr müavini Samir Adıgözəlli isə QHT-lər və çex cəmiyyəti ilə
əlaqələrdə BDM-in rolundan danışıb.
Sonda BDM sədri İ. Ağayev tədbir iştirakçılarını və Azərbaycan
xalqını 28 may Respublika günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər
Əliyev və prezident İlham Əliyevin rəsimlərinin əks olunduğu xalçanı QHT-lərə
Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin adından Texnoloji
Universitetin prorektoru ing.MBA. Oldriç Saşinka və dekanı prof.ing.MBA
Rostislav Droçitaya təqdim edib.
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb