Avropa Liqası: "Qarabağ" qruplara yüksəldi

img

31-08-2023 [21:54]


Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (ilk oyun 2-0) "Qarabağ"  Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki,  saat 20-da başlayan oyunun 24-cü dəqiqəsində "Qarabağ"  24-cü dəqiqədə hesabı açıb.

Qolu Toral Bayramov penaltindən vurub - 1:0.

36-cı dəqiqədə isə "Olimpiya" hesaba tarazlıq gətirib - 1:1.

İkinci hissədə isə hesab dəyişməyib və beləliklə, "Qarabağ" iki oyunun nəticəsinə əsasən, 3:2 qalib gələrək, Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Sabah bu liqada qruplarla bağlı püşkatma olacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq