"Roma" Romelu Lukakunu "Çelsi"dən icarəyə götürüb - FOTOLAR

img

31-08-2023 [16:06]


"Çelsi" Romelu Lukakunu İtaliyann "Roma" komandasına icarəyə verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Joze Mourinyonun baş məşqçisi olduğu "Roma" komandası Romelu Lukaku ilə bir illik müqavilə imzalayıb.

Məlumata görə, imza mərasimindən sonra açıqlama verən belçikalı hücumçu bildirib ki, "Roma"ya keçid ona daha çox motivasiya verib: ""Roma" Olimpiya Stadionunun ab-havasını və hərarətini bilirəm. İndi çalışmalı və qələbələrə köklənməliyəm".

Roma klubunun futbol üzrə baş meneceri Tiaqo Pinto isə deyib ki, Lukakunun "Roma"nı seçməsindən çox məmnundurlar: "Onun gəlişi ilə biz daha çox təcrübə, peşəkarlıq və qələbələr qzanacağıq".

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR