29-05-2014 [15:34]
Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının Mia.az-a müraciəti daxil olub.
Mia.az müraciəti olduğu kimi təqdim edir:
"Əziz dostlar, Dünya Azərbaycanlıları Konqresinin fəallarından və başçılarından biri olaraq, eyni zamanda millətimizin bu təşkilata bəslədiyi ümidləri nəzərə alaraq, Sizlərə müraciət etməyi özümə borc bilirəm.
Bilirsiniz ki, biz DAK-ın növbəti qurultayına hazırlaşırıq, lakin o da məlumdur ki, təkcə qurultay çağırmaqla iş bitmir. Son illərin təcrübəsi göstərir ki, biz yüzlərlə adamın iştirakı ilə ən yüksək səviyyədə qurultay keçirsək də, kənarda az sayda insanların DAK adı ilə fəaliyyət göstərməsi qurumun işinə mənfi təsir göstərir, onun nüfuzuna zərbə vurur. Son illərdə dəfələrlə belə hallarla üzləşmişik.
Bu bəyanatdan məqsəd heç də həmin hadisələri yenidən təhlil etmək, kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək deyil, günah var - yoxdur, bunu bir qırağa qoyaraq fəaliyyət prinsiplərimizi müəyyənləşdirməkdir. Hər halda DAK-ın quruculuğunda iştirak etmiş, onun formalaşmasında fəallıq göstərmiş hər hansı şəxsin müəyyən səbəblər üzündən bu qurumdan uzaqlaşması başa düşüləndir, ancaq onların öz doğma təşkillatlarını bölərək alternativ qrup yaratmaq cəhdi anlaşılan deyil və DAK-ın işinə ciddi zərbə vurur.
Bu bəyanatla bir daha bildirmək istəyirəm ki, DAK-ın sıralarından müəyyən adamların inciyib getməsində heç vaxt iştirak etməmişəm və bunlar mənim, ədəbi yaradıcılığımdan tutmuş siyasi fəaliyyətimə qədər, milli mübarizə və həyat prinsipimə ziddir, mən ömrüm boyu milli birlik və həmrəylik tərəfdarı olmuşam. DAK-ın bütövlüyü, monolitliyi mənim üçün orada hər hansı vəzifə daşımaqdan daha mühüm məsələdir. Onu da başa düşürəm ki, DAK-dan ayrılmaların, alternativ qurumlar yaratmağın arxasında təkcə şəxsi maraqlar və xarakterlərdəki uyğunsuzluqlar dayanmır, bu məsələdə marağı olan qüvvələr təşkilatımızı rahat buraxmayacaq, hər yeni dönəmdə yeni problemlər yaradacaqlar. Buna baxmayaraq, biz öz məsuliyyətimizi dərk etməliyik;
Güney Azərbaycanda gedən proseslər, Quzeydə müstəqilliyimizi təhdid edən açıq və gizli qüvvələrin meydan sulaması bizim bir yerdə və güclü olmağımızı zərurətə çevirir, bu, bir ictimai sifarişdir və tarixin bizim üzərimizə qoyduğu son dərəcə ciddi vəzifədir. Əsl milli qüvvələr bir araya gələndən sonra DAK-a tapşırıqla gələnlərin meydanı daralır və onlar təşkilatda artıq adama çevrilirlər. Buna görə də mən DAK-ın bütün köhnə üzvlərinə, hüquqi əsas oldu-olmadı DAK adı ilə fəaliyyət göstərən alternativ qurumlara müraciətlə onları real birlik yolunu axtarmağa dəvət edirəm. Əslində bizim bölünəsi malımız yoxdur, narazılıqların çoxu xırda, şəxsi iddia və yanlışlıqlardan, aldanışlardan başlanıb.
Mən İsveçdə, Norveçdə, Danimarkada, Hollandiyada, Fransada, Almaniyada, İngiltərədə, Baltik respublikalarında, Rusiyada, Ukraynada, ABŞ-da, Kanadada yaşayan və köhnə DAK-çıların hər birinin yaxşı tanıdığı dostlarımıza üz tutaraq ən qısa müddətdə mənim bu birləşmək, bütün milli-vətənpərvər qüvvələrimizi bir araya gətirmək istəyimə münasibət bildirmələrini rica edirəm. Bu məsələləri nəzərə alıb DAK-ın növbəti qurultayına bir yerdə getməliyik. Bunun üçün əlavə müzakirələrə ehtiyac varsa, mən bu vəzifəni öz öhdəmə götürə bilərəm.
DAK öz sıralarında Güneylə Quzeyi birləşdirən bir təşkilatdır və gələcək fəaliyyətimizi də bu prinsipə uyğun qurmalı və son illərdə DAK-ı məhz bu birliyi pozmaq niyyətiylə parçalamaq istəyənlərin bütün ümidlərini puç etməliyik. Bizim birliyimiz DAK-ın indiyədək alışdığımız mübarizə üsullarına çağdaş dünya təcrübəsinə uyğun yeni güc, yeni mübarizə ikanları qata bilər.
Vətənimizin taleyi bizdən səmimi birlik və bərabərlik, çağdaş dünya düzəninə uyğun yorulmadan mübarizə aparmağı tələb edir.
Hamınıza tutduğumuz bu yolda uğurlar arzusuyla:
Sabir Rüstəmxanlı,
DAK-ın həmsədri"
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb