"Qalatasaray" 24 milyon avroluq təklifi rədd edib

img

31-08-2023 [10:37]


"Qalatasaray" Saşa Boey üçün kluba gələn 24 milyon avroluq transfer təklifini rədd edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fransız futbolçunun Çempionlar Liqasında çıxış edərək dəyərini artıracağını düşünən İstanbul klubu 22 yaşlı futbolçunu daha baha satacağını planlayıb.

Məlumatda "Qalatasray"a bu təklifi hansı klubun etdiyi qeyd olunmasa da, bildirlir ki, təklif İtaliya və İngiltərə komandalarlndan "yağır".

Türkiyəli idman yazarı Haluk Yüreklinin sözlərinə görə, "Qalatasaray" Saşa Boeyi azə 30 milyona satmağı düşünür.

Xatırladaq ki, 2021-ci ildə “Renn”dən 1,15 milyon avroya alınan Saşa Boey “Qalatasaray”da 60 oyun keçirib. 

Fransız futbolçu bu matçlarda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq