Çempionlar Liqası: "Qalatasaray" qruplara vəsiqə qazandı

img

30-08-2023 [01:05]


Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray" Norveçin "Molde" komandasını qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3-2 hesablı ilk oyunun revanşında "Qalatasaray" evində də qalib gəlib - 2:1.

Bununla da "Qalatasaray" ümumi hesabda (5-3) qalib gəldiyi üçün qruplara vəsiqəni təmin edib.

Qollara gəldikdə 7-ci dəqiqədə İkardi hesabı açıb. 66-cı dəqiqədə "Molde" hesaba tarazlıq gətirib.

 Angelino 90+3-də "Qalatasaray"ın  qələbə qolunu vurub - 2:1.

Beləlikə, İstanbul klubu qruplara vəsiqəni təmin edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR