"Real Madrid"dən ayrılan Eden Hazard Türkiyə super liqasına gəlir?

img

29-08-2023 [10:03]


"Real Madrid"lə yollarını ayıran Eden Hazard Türkiyə super liqasında oynamaq istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransa mətbuatında çoxsaylı məlumatlar tirajlanıb.

Məlumatda qeyd olunub ki, dünya futbolunun ən böyük istedadlarından biri olan, lakin "Real Madrid"də karyerası böyük məyusluqla başa çatan Eden Hazardın yolu Türkiyəyə düşə bilər. 

İddialara görə, belçikalı ulduzun meneceri Super Liqa nəhənglərindən biri ilə masa arxasında əyləşib.

"Foot Mercato"da yer alan  xəbərə görə, Eden Hazardın meneceri bu yaxınlarda Türkiyənin adı açıqlanmayan böyük klubu ilə danışıqlar aparıb.

Belçikalı ulduzun Türkiyəni yenidən "dirçəlmə" kimi gördüyü iddia olunub.

Məlumatda o da deyilir ki, Hazardı Fransanın "Marsel", "Lil" və "Nitsa" komandaları da heyətlərinə cəlb etmək istəyirlər. 

"Lill", "Çelsi" və "Real Madrid"də çıxış edən Eden Hazard karyerasında 623 oyun keçirib. Belçikalı futbolçu bu matçlarda 167 qol vurub, 157 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR