Taliska Qətərə getməyəcək: "Ailəmlə burada xoşbəxtəm" - Yenilənib

img

29-08-2023 [09:24]


"Qalatasaray" və "Beşiktaş"a transferdə adı hallanan Anderson Taliskanın Qətərə gedəcəyi barədə yayılan xəbərə reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu yöndəki xəbərləri təkzib edib: "Buranı tərk etmək fikrim yoxdur. Ailəmlə Səudiyyə Ərəbistanında xoşbəxtəm".

***

Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında Ronaldo ilə birgə oynayan brazilyalı Anderson Taliska adıçəkilən komandadan gedir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son zamanlar adı "Beşiktaş" və "Qalatasaray"la hallanan 29 yaşlı Taliska Qətərin "Al Duhail" komandası ilə anlaşmaq üzrədir.

Məlumata görə, Talıska ona daha çox pul təklif edən Qətər klubuna getməyə razılaşıb: "Hazırda iki ərəb komadası arasında transferin detalları müzakirə olunur".

Xatırladaq ki, hazırkı bazar dəyəri 15 milyon avro olan Taliskanın 2026-cı ilə qədər "Əl Nassr"la müqaviləsi var.  İndiyədək “Əl Nəsr”də 62 oyuna çıxan Anderson Taliska 45 qol vurub, 6 məhsuldar ötürmə edib.

O, vaxtilə "Beşiktaş"ın da formasını geyinib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR