Xaçmazda kütləvi dava: iki qohum xəsarət alıb

img

28-08-2023 [23:30]


Xaçmaz rayonunda kütləvi dava olub, iki qohum xəsarət alıb.

Məlumata görə, Xaçmaz şəhər sakini, 2003-cü il təvəllüdlü Hacıyev Abgül Rövşən oğlu və onun bibisi oğlu, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Xasməmmədov Nicat Dəyanət oğlunun "Zəfər" parkında tanımadıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə qohumlar müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA