Ağır Cinayətlər Məhkəməsinin hakimi özünü öldürdü - Rahib Salmanov özünü yuxarı mərtəbədən atıb

img

28-08-2023 [20:00]


1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

***

Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib. 

Mia.az xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. 

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinində çalışırdı(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR