Ərəblər Roberto Mançini milli komandanın baş məşqçisi postuna gətirdi - İlinə 20 milyon avro verəcəklər

img

28-08-2023 [00:10]


İtaliya millisinin baş məşqçisi postundan istefa verən Roberto Mançininin yeni komandası bəlli olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 58 yaşlı Roberto MançiniSəudiyyə Ərəbistanı milli komandasının rəhbəri təyin edilib.

Məlumata görə, Mançini Səudiyyə Ərəbistanı milli komandasının sükanı arxasında hər il üçün 20 milyon avro qazanacaq.

Xatırladaq ki, o, indiyə qədər "Fiorentina", "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray", "Zenit" və İtaliya millisini çalışdırıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR