Zakir Həsənov Yaşar Gülərlə bir arada - VİDEO
SİYASƏT
27.08.2023, 15:30
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Qarşılama mərasimindən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən cənab Y.Gülər göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Departamentin müdir müavini nazirə elə müraciət etdi ki... - "Barəmdə Sizə qeyri-obyektiv və birtərəfli şəkildə məlumat təqdim edilməsi və..." (FOTOLAR)
Bugün, 18:06 CƏMİYYƏT
-
Müdafiə Sənayesi Nazirliyinin strukturu ilə bağlı qərar verildi
Bugün, 18:01 GÜNDƏM
-
Suriya Prezidentinin xanımının inanılmaz yüksəlişi... - FOTOLAR
Bugün, 17:36 DÜNYA
-
Pələng əkin sahəsində 19 yaşlı gənci parçaladı
Bugün, 17:23 DÜNYA
-
"Asan Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb
Bugün, 17:17 KRİMİNAL
-
Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub - Açıqlama + VİDEOLAR
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakıda "Mustafa Kamal Atatürk- Türk Dünyasının Əbədi Lideri" adlı kitabın təqdimat mərasimi keçiriləcək - Bu tarixdə
Bugün, 16:48 CƏMİYYƏT
-
Yeni Partiyanın ilk Qurultayı... - Tarix bəlli oldu
Bugün, 16:45 SİYASƏT
-
Elman Sultanov istefaya göndərildi
Bugün, 16:32 İDMAN
-
Azercell-in 30 il səninlə lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Bugün, 16:24 İQTİSADİYYAT
-
"55 yaşında insan balet oynaya bilərmi?" - Fərhad Bədəlbəyli sənətkarların pensiya təminatına diqqət çəkdi
Bugün, 16:16 MƏDƏNİYYƏT
-
Azərbaycan BƏƏ-yə başsağlığı verib
Bugün, 16:11 SİYASƏT
-
44 yaşlı tiktoker cərimələndi
Bugün, 16:04 KRİMİNAL
-
Anar: "O pullar Yazıçılar Birliyinə qaytarılmalıdır"
Bugün, 15:52 PRESS
-
GENERALIN QIZI İLƏ GENERAL-MAYOR ARASINDA NİFAQ BÖYÜYÜR
Bugün, 15:38 GÜNDƏM
-
İcra başçısı "TikTok"da onu təhqir edən şəxsi tutdurdu
Bugün, 15:15 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub
Bugün, 15:08 CƏMİYYƏT
-
Havanın temperaturu 10 dərəcəyədək enəcək - Xəbardarlıq
Bugün, 14:56 GÜNDƏM
-
Məktəblərdə beşgünlük payız tətili başlayır
Bugün, 14:50 CƏMİYYƏT
-
İsrail Ordusu Livana hücuma başlayıb
Bugün, 14:26 DÜNYA
-
Azərbaycan Premyer Liqası: oyun cədvəli açıqlanıb
Bugün, 14:20 İDMAN
-
RƏSMİ MOSKVA QƏRBİN QARŞISINA "TƏSLİM PAKETİ" QOYUB: bir ölkə NATO-dan çıxmalı, üç ölkə qoşulmamalı... - Moldova və Ukrayna ilə bağlı ayrıca tələblər var
Bugün, 14:12 GÜNDƏM
-
Qaz limiti ləğv edilir? – AÇIQLAMA
Bugün, 13:57 GÜNDƏM
-
NAZİR MÜAVİNİN OĞLU RUS BLOGERLƏ EVLƏNİR - FOTOLAR
Bugün, 13:17 ŞOU-BİZNES
-
Müğənni Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Fantastik maaş
Bugün, 13:08 ŞOU-BİZNES
-
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 12:51 CƏMİYYƏT
-
RƏSMİ BAKI: "Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb"
Bugün, 12:46 SİYASƏT
-
ABŞ elitası hərbi bazalara sığınır - TƏHLÜKƏ ZƏNGİ, YOXSA...?
Bugün, 12:44 GÜNDƏM
-
Media və Yayım Şurası media subyektlərinə çağırış edib
Bugün, 12:38 SİYASƏT
-
Skaloninin müqaviləsinin müddəti uzadıldı
Bugün, 12:27 İDMAN
-
Keçmiş komanda yoldaşı Sergen Yalçını "topa tutdu": "Tezliklə qovulacaq"
Bugün, 12:21 İDMAN
-
ABŞ prezidenti: "İranla müharibəni bu dəqiqə dayandıra bilərəm, ancaq..."
Bugün, 12:06 GÜNDƏM
-
Bakıda kütləvi dava - Üç nəfər bıçaqlandı
Bugün, 11:58 KRİMİNAL