Priqojin müəmması: 4 il əvvəlki ssenari, yoxsa... - "Vaqner" liderinin maskalı fotoları yayılıb - FOTO
25-08-2023 [15:42]
Təyyarə qəzasında öldüyü elan edilən Yevgeni Priqojinin ölmədiyi barədə müxətlif ölkələrdə rəsmi şəxslər tərəfindən də açıqlamalar verilir. Bəzləri iddia edir ki, guya o, qəzaya uğrayan təyyarədə ümumiyyətlə, olmayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xüsusilə Britaniyanın nüfuzlu mətbu orqanları "Vaqner" liderinin ölmədiyi və gizləndiyi iddialarını daha çox gündəmə gətirir.
Qəzetlər Priqojinin ölməmiş ola biləcəyi ehtimalını qüvətləndirən əsas kimi Priqojinin zaman-zaman "maskalanması" ilə izah etməyə başlayıblar: "Onun qalın saqqallı, eynəkli və ya əcnəbi hərbi geyimli müxtəlif maskalı fotoları az deyil"
Britaniya mediası 62 yaşlı Priqojinin 2019-cu ildə Afrikada da təyyarə qəzasında "ölməsi" xəbərini yada salır və bunun da bənzər "oyun" ehtinalını yüksək sayıb: "Xatırlayırsınızsa, 4 il əvvəl Konqo Demokratik Respublikasında An-72 nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra Priqojinin öldüyü elan edildi. Təyyarədə iki rusiyalının, o cümlədən Konqo rəsmilərinin olduğu açıqlanıb. Lakin üç gün sonra Vaqner lideri ortaya çıxdı".
Britaniyanı dünyaca nüfuzlu "The Guardian" qəzeti yazır ki, onun ölümü ilə bağlı xəbərlər çox şişirdilib: "Priqojinin təyyarəsi mümkün sui-qəsd nəticəsində qəzaya uğrayıb. Kremlə bağlı iş adamının bu dəfə həqiqətən ölə biləcəyini elan etməkdə hələ də tərəddüdlər var".
Qəzetə danışan ekspertlərin diqqətçəkən fikirlər səsləndirilib: "Təyyarədə Yevgeni Priqojin adlı sərnişinin olduğu açıqlanıb. Lakin o da məlumdur ki, o tip adamlar səyahətlərini gizlətmək üçün adını dəyişirlər. Beləliklə, bunun gerçək Prigojin olduğuna əmin olana qədər dəqiq nəsə demək olmaz. Amerikalılar demişkən, onun qəfil Afrikadan yeni bir video ilə üzə çıxacağına təəccüblənməməliyik".
Tahir Şəlvəli
MİA.AZ
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO