Millinin sabiq futbolçusu 34 yaşında vəfat edib

img

25-08-2023 [15:00]


Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov vəfat edib.

Məlumata görə, keçmiş müdafiəçi 34 yaşında dünyasını dəyişib.

Onun ölümünə səbəb bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Ş.Rəhimov müalicə aldığı Türkiyədə vəfat edib.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində “Səbail”də olarkən karyerasını başa vurub(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR