PENTAQONDAN PRİQOJİNİN ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİA: "O, öldürüldü" - Sözçü bir sualdan yayındı

img

25-08-2023 [10:55]


Rusiyanın Tver şəhərində qəzaya uğrayan təyyarədə “Vaqner”in lideri Yevgeni Priqojinin ölümü barədə iddialar dünyada geniş əks-səda doğurub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Tverdə qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirdiyi deyilən us muzdlu “Vaqner” qrupunun sahibi Yevgeni Priqojinin “öldürüldüyünü” iddia edib.

Pentaqonun sözçüsü, generalı Pat Rayder bildirib ki, Priqojinin içində olduğu deyilən təyyarə ilə bağlı çoxsaylı məlumatları təhlil ediblər: "Bizim ilkin rəyimiz budur ki, o, öldürülüb".

Pentaqon sözçüsü təyyarənin raketlə vurulması barədə əllərində fakt olmadığını deyib.

"Bəs, təyyarə işəridən boçba ilə partladıla bilərdimi?" sualına isə o, cavab verməkdən yayınıb və təkrar edib ki, Yevgeni Priqojinin qəsddən öldürülməsi ehtimalı böyükdür.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR