“Beşiktaş”ın baş məşqçisi rekord yeniləyib

img

25-08-2023 [10:47]


Xəbər verdiyimiz kimi, Konfrans Liqasının pley-off mərhələsində Rumıniyada oynadığı matçda "Dinamo Kiyev"i qəbul edən "Beşiktaş" 3-2 hesabı ilə qalib gəlib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu qalibiyyətlə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş bu mövsüm Avropada 5 oyunun hamısında qalib gəlməklə, klubun tarixində bu uğuru qazanan ilk yerli məşqçi olub. 

Təcrübəli çalışdırıcı həm də “Beşiktaş”la 22 oyunluq məğlubiyyətsiz seriyası olan yeganə türk məşqçidir.

Xatırladaq ki, "Beşiktaş"ın əcnəbi məşqçilər arasında Luçesku 2022-ci ilin avqustundan 2023-cü ilin 16 fevralına qədər 28 oyun seriyası ilə ən uzun məğlubiyyətsiz titul sahibi olan əcnəbi məşqçidir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR