Amerika niyə Ermənistana yox, Azərbaycana dəstək verir? - Qərbə düşmən olan Rusiya və İran amili...
24-08-2023 [15:48]
«Eurasiareview.com» saytında Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin əməkdaşı George Monastiriakos-un “Why Washington Is Reluctant to Help Armenia” (Vaşinqton niyə Ermənistana kömək etmək istəmir?) adlı məqaləsi gedib. Kifayət qədər praqmatik yanaşma sərgiləyən müəllif suala son dərəcə dəqiq cavab verir.
Məqalədə vurğulanır ki, Ermənistan demokratik ölkədir. Ancaq bu demokratik ölkənin əsas müttəfiqləri Amerikanın və Qərbin əsas düşməni olan Rusiya və İrandır. Azərbaycan isə avtoritar ölkədir. Ancaq bu ölkənin Qərb və NATO ilə əla münasibətləri var. Azərbaycanın Amerika ilə də münasibətləri də yüksək səviyyədədir.
Müəllif bildirir ki, hazırda Dağlıq Qarabağda 120 mindən çox ermənini acdır. Beynəlxalq Cinayət Məhkəməsinin təsisçi prokuroru Luis Moreno Ocampo bəyan edib ki, Bakının blokadasının soyqırım adlandırmaq olar.
Aylar ərzində Amerikanın Erməni Milli Komitəsinin ABŞ siyasətçilərinə etdiyi yalvarışlar qulaqardına vuruldu. Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri bir-birlərinə yazılı çıxışları oxumaq üçün toplaşdılar. Bu arada Stepanakertdə (Xankəndi) 40 yaşlı kişi aclıqdan öldü. Düşüncələr və dualar günün tələbi olaraq qalır. Heç vaxt belə olmasın dediklərimiz bir daha təkrar olur.
Sadə dillə desək: Beynəlxalq ictimaiyyətin Bakının blokadası ilə bağlı hər hansı bir hərəkət etmək üçün kollektiv sərt gücü, siyasi iradəsi və mənəvi dayağı yoxdur. Bütün bu keyfiyyətlərə sahib olan yeganə dövlət Amerikadır ki o da geosiyasi mülahizələrə görə Yerevana və Stepanakertə (Xankəndi) kömək etməyə həvəs göstərmir.
Ermənistan
Qərb tərəfdən düşmən Türkiyə ilə şərqdən isə daha təcavüzkar Azərbaycan arasında sendviç kimi sıxılmış Ermənistanın ən böyük müttəfiqləri Rusiya və İrandır. Ermənistan Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Rusiya-Ukrayna müharibəsində müxtəlif yollarla Rusiyaya kömək edir. Xüsusən Rusiyanın Qərbin sanksiyasından yan keçməsi üçün fırıldaq işlər görür. Ermənistan Rusiyaya sanksiyalardan kömək etməklə də ciddi paralar qazanır. Ermənistan İran üçün də eyni işləri görür. İrəvan bu yaxınlarda İranla enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb. O, həmçinin ABŞ-ın düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktına zidd olaraq Tehrandan dron və raketlər alıb.
Azərbaycan
Azərbaycan NATO üzvü Türkiyə ilə sıx mədəni, iqtisadi və təhlükəsizlik əlaqələri saxlayır. Bakının qazı və nefti Avropanın enerjiyə olan doyumsuz iştahını qidalandırır. Nəzərə alsaq ki, “düşmənimin düşməni mənim dostumdur” Azərbaycanın İranla mübahisələri İsrail və Amerika ilə strateji tərəfdaşlığa çevrilir. Vaşinqton prezidentin Azadlığa Dəstək Aktının 907-ci Bölməsindən imtina etməsi yolu ilə Bakıya təhlükəsizlik yardımı edir. İsrail Azərbaycanın əsas silah tədarükçüsü kimi Rusiyanı əvəz edib. Azərbaycan ordusunu da Türkiyə hərbçiləri hazırlayır. İnsan hüququnun son dərəcə pis səviyyədə olmasına baxmayaraq Azərbaycan Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olaraq qalır.
Amerika
ABŞ Ermənistanla müttəfiq deyil. Onlar səmimi diplomatik münasibətlər saxlayırlar, lakin Vaşinqton heç bir ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişləri ilə İrəvanla hüquqi cəhətdən bağlantıya sahib deyil. ABŞ-ın Ermənistana heç bir borcu olmasa da, müstəqillik əldə etdikdən sonra İrəvana milyardlarla dollar humanitar və inkişaf üçün yardımı göstərib. Təcili mənəvi imperativlər var, lakin təəssüf ki, Amerikanın Ermənistana və ya Qarabağ ermənilərinə kömək etmək üçün çox az strateji stimulları var, çünki İrəvan Vaşinqtonun iki yağı düşməni olan Tehran və Moskva ilə müttəfiqdir.
Amerikanın xarici siyasət prioritetlərinin uzun siyahısının başında Rusiyanın Ukraynaya soyqırım xarakterli təcavüzü dayanır. Tehran Moskvanı Ukraynanın kritik infrastrukturunu məhv edən və günahsız və müdafiəsiz ukraynalı dinc sakinlərin üzərinə terror yağdıran pilotsuz təyyarələr və hərbi sursatlar verir. Ermənistan İran istehsalı olan silahların Rusiyaya daşınması üçün dəhliz rolunu oynayır, İrəvan Moskvaya Qərbin tətbiq etdiyi sanksiyalardan və ixrac nəzarətindən yayınmağa kömək etməklə Putinin döyüş qabiliyyətini gücləndirir. Ermənistan bu tənzimləmədən böyük iqtisadi fayda əldə etsə də, bu, Vaşinqtonda empatiya oyatmır.
Hətta Amerikanın səxavətinin də sərhədləri var. Vaşinqton çətin ki, ABŞ qanunlarını pozan və onun milli maraqlarına təhlükə yaradan KTMT üzvü dövlət üçün Bakı ilə tərəfdaşlığını sabotaj etsin. Əslində İrəvanın bəxti gətirib ki, Vaşinqton ona qarşı hələ də sanksiyalar tətbiq etməyib. Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ABŞ-ın digər müttəfiqləri o qədər də şanslı olmayıblar...
Dağlıq Qarabağ münaqişəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı Azərbaycan SSR-dən müstəqilliyini elan edən separatçı Artsax Respublikası ətrafında cəmlənir. Beynəlxalq ictimaiyyət onun müstəqilliyini tanımadı. Ermənistan da bunu etmədi. Bu ərazi təxminən otuz ilə yaxındır ki, erməni əsgərləri və yarımhərbi birləşmələri tərəfindən işğal olunsa da, bu region hələ də beynəlxalq aləmdə Azərbaycanın suveren ərazisi kimi tanınır. Bu sıraya Ermənistanın ən böyük müttəfiqləri Rusiya və İran da daxildir.
Ermənistan Artsax ermənilərini qorumağa çalışsa da, Azərbaycan Dağlıq Qarabağa nəzarəti bərpa etməkdə qərarlıdır. Rusiyanın Ukraynada bataqlıqda qaldığını nəzərə alaraq, Bakı növbəti hərbi əməliyyatdan imtina etdi və bu məqsədə çatmaq üçün Artsax ermənilərini blokadaya almağa - etnik təmizləmənin bir formasına əl atdı. Vəziyyət ağırdır və Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın rəhbərlik etdiyi hərbi yolla həlli İrəvan və Stepanakert (Xankəndi) üçün yaxşı nəticə ilə bitməyəcək. Cənubi Qafqazda üçüncü genişmiqyaslı müharibə dənizə çıxışı olmayan Ermənistan üçün dağıdıcı, Artsax erməniləri üçün isə daha da pis olacaq.
Həll yolları
Bir çoxları ABŞ-ın rəhbərliyi altında Dağlıq Qarabağa humanitar hava daşınması ilə bağlı təklifin mübahisə ilə məşğuldur. Mümkün və zəruri olsa da, belə bir əməliyyatla bağlı ən azı iki problem var.
Birincisi, bu məsuliyyət Ermənistanın müttəfiqləri olan İran və Rusiyanın üzərinə düşür və Amerikanın çiyninə düşməməlidir. Həm Tehranın, həm də Moskvanın belə bir işi yerinə yetirmək üçün elə bir istəkləri yoxdur. Daha da pisi, bu cür əməliyyatlar onların milli maraqlarına zərər verərdi. Stepanakertdə (Xankəndi) erməniləri ac qalması, İrəvanla Bakı arasında ziddiyyətin dərinləşməsi həm İrana, həm də Rusiyaya lazımdır. Bu status-kvo bölgənin Moskva və Tehranın müvafiq geosiyasi orbitlərində qalmasını təmin edir.
İkincisi, Dağlıq Qarabağa humanitar yardımın aparılması güllə yarası üçün sarğıdır. Hətta Artsax erməniləri təchiz edilsə və Bakı nəhayət blokadaya son qoysa belə, problemin kökü qalır: Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir ki, həm Rusiya “sülhməramlıları”, həm də Bakının razılığı olmadan erməni əsgərləri və hərbi birləşmələri tərəfindən işğal olunub. Bu epizod başa çatanda Azərbaycan hələ də öz ərazilərini işğalçı hərbçilərdən azad etməyə və torpaqlarını geri qaytarmağa çalışacaq.
Ona görə də həll edilməli olan problem Dağlıq Qarabağ ermənilərinin statusunun müəyyənləşdirilməsidir.
Hər keçən gün Ermənistanın əli zəifləyir, Azərbaycanın danışıqlarda mövqeyi yaxşılaşır. Azərbaycan prezidenti İlham Əliyevin ritorikası ikinci Dağlıq Qarabağ müharibəsi başa çatdıqdan sonra Artsax ermənilərinə “xüsusi status” verməkdən Azərbaycan cəmiyyətinə “tam inteqrasiyaya” çağırışa qədər dəyişib. Həm Bakıda insan hüquqlarının acınacaqlı vəziyyətini, həm də Azərbaycanda geniş yayılmış ermənifobiyanı nəzərə alsaq, bu həll Artsax erməniləri üçün yaxşı nəticə verməyəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan üzərində strateji üstünlüyünün fərqindədir, İrəvanın 21-ci əsrdə çiçəklənmək üçün Moskva və Tehrana alternativlərə ehtiyacı olduğunu başa düşür və həm Bakı, həm də Ankara ilə sövdələşmələr bağlamağa çalışır. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini rəsmi Bakının Artsak ermənilərinin hüquqlarına hörmət etməsi şərti ilə tanıyacağını bəyan etməsindən bir neçə gün sonra Paşinyan Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak edib. Bu, sülh və barışığa aparan uzun yolda kiçik addımlardır.
Buna baxmayaraq, Paşinyan Qərblə münasibətdə daha da irəli getməlidir. 2023-cü ilin yanvarında mən iddia etdim ki, Ermənistan KTMT-dən çıxmalıdır, çünki Moskvanın strateji planları İrəvanın milli təhlükəsizlik narahatlıqlarından fərqlənir. Bu, Ermənistana strateji qeyri-müəyyənlik siyasəti yürütməyə imkan verərdi. Başqa sözlə, İrəvan nəhayət, Rusiya kimi müqaviləli müttəfiqləri və İran kimi avtoritar qonşularla hərbi seçimlərini məhdudlaşdırmaq əvəzinə, hər bir halda uyğun gördüyü hansısa “böyük dövlət”lə əməkdaşlıq edə bilərdi. Bunun Vaşinqton tərəfindən müsbət qarşılanacağını söyləmək o qədər də çətin deyil.
Bütün bunlara baxmayaraq nə Amerika, nə də Qərb Qarabağ məsələdə məsuliyyətdən kənarda qala bilməz. Onların da Dağlıq Qarabağ probleminin həllində mühüm rolu var. Tərəfdaşlarından biri kiçik bir icmanı öz ərazisindən etnik cəhətdən təmizləyərkən Azad Dünya insan hüquqlarının müdafiəsi iddiasında ola bilməz.
Qərbin Azərbaycana ciddi təsir rıçaqları var. Vaşinqton Qüdsün Azərbaycana silah satışına razıdır. O, həmçinin Azadlığa Dəstək Aktının 907-ci maddəsinə məhəl qoymadan Bakıya təhlükəsizlik yardımı göstərir. Avropa İttifaqı Azərbaycanla sərfəli enerji sazişləri bağlayıb. “British Petroleum” ölkədəki bir çox qaz hasilatı obyektlərinə və boru kəmərlərinə sahibdir və onları idarə edir. Siyahını davam etdirmək olar. Onlar asanlıqla pullarını Qərb dəyərlərinin olduğu yerə qoya və Dağlıq Qarabağdakı erməni azlığına güzəştə getməsi üçün Bakıya təzyiq göstərə bilərər.
Nəticə
Aydınlıq üçün deyək ki, Ermənistan özünü Rusiya və İranla geosiyasi ittifaqa bağlamışdır. Bu, Ermənistanın milli maraqlarına və Artsax ermənilərinin rifahına xələl gətirir. Onun hər iki avtoritar müttəfiqi ciddi sanksiyalara məruz qalır. Rusiya və İranın Ermənistanla eyni dəyərləri və uzunmüddətli maraqları yoxdur. Artsax ermənilərini və İrəvanı öz təsir dairələrində qıfılda saxlayan status-kvo həm İrana, həm də Rusiyaya sərf edir.
Geosiyasi nöqteyi-nəzərdən Azərbaycan illər əvvəl Ermənistanı mat vəziyyətdə qoyub. İrəvan zamanın nəbzini tutmalıdır. Dağlıq Qarabağ münaqişəsini həlli və Bakı ilə barışmağın vaxtıdır.
Siyasətçilər səhv edirlər. Bütün insanlar edir. Lakin yarışda uduzmuş ata qoyulan pulun həcmini ikiqat artırmaq, uzunmüddətli uğurun resepti ola bilməz, bu, məsuliyyətsiz qumarbaz gedişidir. Qısamüddətli zaman kəsiyi üçün siyasət yeritmək yalnız növbəti müharibəyə səbəb olacaq. Daha parlaq bir yol da var. Sülh və firavanlığa nail olmaq üçün bir qədər müdrik olmaq gərəkir.
Gördüyünüz kimi, George Monastiriakos-un bəzi fikirləri Azərbaycan üçün məqbul deyil. Xüsusi ilə Azərbaycanın Qarabağda etnik təmizləmə aparmaq haqqında dediyi fikirləri qəbul etmək mümkün deyil. Bütün bunlara baxmayaraq məqalədə bir çox suallara dəqiq cavab var. Bu məsələ ilə bağlı başqa bir məqama da toxunmaqda fayda var. Belə ki, Ermənistanda belə bir iddia var ki, avqustun 16-da keçirilmiş BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Laçın yolunun açılması ilə bağlı sənədin qəbul olunmamasının əsas günahkarı ABŞ-dır. Amerika Azərbaycana dəstək verərək belə bir sənədin qəbul olunmasına imkan verməyib. Bu məsələ ilə bağlı “ARMENPRES” ABŞ-ın İrəvandakı səfirliyinə sorğu ilə müraciət edib. Buna cavab olaraq səfirlik bildirib: “ABŞ-ın üzv ölkələrə qətnamə imzalamamaq üçün təzyiq göstərdiyi iddiaları tamamilə yalandır”. Ancaq o da doğrudur ki, ABŞ Ermənistana xüsusi simpatiya bəsləmir. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının faktiki nəticəsiz başa çatması da təsadüfi sayıla bilməz. Amerika Rusiya və İran yanlısı Ermənistana görə strateji xarakterli münasibətlərə malik olduğu Azərbaycana qarşı çıxa bilməz. Siz ermənipərəst konqresmenləri boş verin. Pentaqon buna heç vaxt razı olmaz...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru vəzifədən çıxarılıb
QULU AĞSƏSDƏN YENİ ŞEİR - "Canım Vətən..."
Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
MSK: daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
"Xəbər bizi son dərəcə sarsıtdı" - İlham Əliyev
Xaçmazın polis rəisi təqaüdə göndərildi - Yeni təyinat
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTOLAR
Şuşa şəhərinə nöbəti köç olub
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalanıb - DETALLAR + FOTO
Fidan Almaniya XİN başçısı ilə görüşdə Bakı ilə İrəvan arasındakı müzakirədən danışdı: "Hər kəs tərəfsiz şəkildə..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ HTŞ liderinin başına qoyduğu pul mükafatıni geri çəkdi - Colani "qara siyahı"dan çıxarıldı
Viktor Orban: “Atəşkəslə bağlı Rusiyanı razı saldıq” - "İndi əsas məsələ Trampın başına bir iş gəlməməsidir”
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Professorun meyiti çaydan tapılıb - Xanımı araşdırma tələıb edir
İran vətəndaşı Azərbaycanda saxlanıldı - VİDEO
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTOLAR
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi cərimələnib
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxdı - Rəsmi yoxlama materialları yayıldı
Hərbçimiz şərti sərhəddə minaya düşüb - MN açıqladı
Təhsil Tələbə Krediti Fondunda milyonluq nöqsanlar üzə çıxdı - PALATA YOXLAMA FAKTLARINI AÇIQLADI
Ölkə tarixində ilk nudist film nümayişi çılpaq izlənilib - FOTO
Güclü külək olacaq- Xəbərdarlıq
Çin Xalq Respublikasının sədri İlham Əliyevə məktub göndərdi - MƏTN
BU SƏFİRLƏR GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (SİYAHI, FOTO)
Konfrans Liqasında püşkatma: rəqiblər bəlli oldu
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - Sərəncam
Prezident Yaşar Əliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Prezident təsdiqlədi: onların birdəfəlik müavinət məbləği artırılıb
"Miss Azerbaijan 2019"un qalibinin yeni fotosu gündəm oldu - FOTO
Hakan Fidan Suriyaya gedir: "Yeni administrasiya tək buraxılmayacaq"
Deputat Könül Nurullayeva sədri vəzifəsinə seçilib
Pentaqon rəsmisi: "Suriyada 2 min hərbçimiz var"
173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb
Qəzzada ölənlərin sayı artıb
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib (Yenilənib)
Xaricə çıxarılan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb
Komitə sədri generalın oğlunu vəzifədən çıxarıb
Tiktoker Aybənizlə Xaliq arasında qalmaqal böyüyür
Deputat: "İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır"