"Mançester Yunayted" türk qapçını aldı

img

24-08-2023 [12:52]


"Mançester Yunayted" türk qapçı ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Yunayted" Altay Bayındırın transferi üçün "Fənərbaxça" ilə razılıq əldə edib.

Məlumata görə, ingilis klubu bu transfer üçün "Fənərbaxça"ya 6 milyon avro ödəyəcək. 

Futbolçu ilə anlaşmanın detalları haqda isə hələəlik məlumat verilməyib.

Xatırladaq ki, bazar dəyəri 11 milyon avro olan Altay Bayındır "Fənərbaxça" forması ilə 145 matçda 162 qol buraxıb. O, 44 oyunda isə qapısını toxunulmaz saxlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR