Çanaqqalada meşə yanğınında boşaldılan kəndlərin sayı 11-ə çatdı - FOTOLAR

img

24-08-2023 [10:40]


Türkiyənin Çanaqqala bölgəsində güclü meşə yanğınları davam edir. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, yanğın artıq yaşayış massivlərini tıhdid etməyə başlayıb.

Bu barədə açıqlama verən Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı bildirib ki, ötən gün 9 kəndin  əhalisi yanğına görə təxliyyə olunub: "Bu gün isə daha iki kənd boşaldılıb, əhalisi təxliyə olunub".

Nazir deyib ki, artıq yanğın qismən də olsa nəzarət altına alınıb: "Bu gün dünənkindən daha yaxşı vəziyyətdəyik. Dünənlə müqayisədə bütün şərtlər xeyrimizə davam edir. Bu 1500 hektarlıq ərazinin ətrafı tamamilə kəsilib. Yanğının genişlənmə sürəti dayandırıb. Yanğınların yüzdə 90-dan çoxunun insan qaynağı olduğunu söyləyə bilərik. Bütün vətəndaşlarımızı həssas olmağa dəvət edirik"

Hazırda yanğına həm havadan, həm qurudan müdaxil olduğunu deyən nazirin sözlərinə görə, Mehmet Akif Dövlət Xəstəxanası yaxınlığındakı meşədə alov söndürülüb və yanğının xəstəxanaya və yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb.

Yanğınla bağlı bir nəfər isə saxlanılıb. Məlumata görə, hasara alınmış sahəsində qaynaq işləri aparan şəxs istintaqa cəlb olunub.

Xatırladaq ki, yanğın zamanı 83 nəfər tüstüdən zərər çəkib. 

Zülfiyyə 

MİA.AZ

img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR