Rıdvan Ddilmen: ""Qalatasaray" mütləq mərkəz müdafiəçisi almalıdır, yoxsa..."

img

24-08-2023 [10:05]


Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qalatasaray” səfərdə “Molde”ni 3:2 hesabı ilə məğlub edib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, TV8.5 ekranlarında oyunu şərh edən məşhur şərhçi Rıdvan Dilmen “Qalatasaray”ın vaxt itirmədən mütləq mərkəz müdafiəçisi transfer etməli olduğunu bildirib: ""Qalatasarayın bu gündən etibarən mərkəz müdafiəçisi transferinə dönəcəyinə əminəm. Bu gün bunun mütləq olduğunu gördük. "Qalatasaray" üçün yaxşı bir müdafiəçi, 1.90 boyu olan bir oyunçu mütləqdir".

Şərhçi deyib ki, "Qalatasaray" bundan əvvəl rahat qazansa da, "Molde" oyunu göstərdi ki, çatışmayan cəhətləri az deyil: "Bu oyund açox qol fürsəti verildi. Bu gün alınacaq dərslər var. "Qalatasaray" bu gün boşluq verdi, Muslera xeyli qolu əngəllədi. O olmasaydı, bəlkə fərqli hesab olacaqdı...".

Fərid
 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR