Bruma Portuqaliyada tarix yazır

img

23-08-2023 [17:19]


"Fənərbaxça"dan 6,5 milyon avroya "Braqa"ya keçən Bruma Portuqaliyada tarix yazır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 4 matçda 3 qol və 1 məhsuldar ötürmə verən  28 yaşlı futbolçu Portuqaliya millisinə çağırıla bilər.

Məlumata görə, Brumanın sentyabrda Portuqaliyanın Slovakiya və Lüksemburqa qarşı oyunları üçün heyətdə olacağı gözlənilir.

Beləliklə, Bruma 4 ildən sonra yenidən milli forma geyinmə şansı qazanıb.

Sonuncu dəfə 2019-cu il noyabrın 14-də Portuqaliya millisində çıxış edən Bruma milli forması ilə 9 dəfə meydana çıxıb. 28 yaşlı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR