Türkiyənin Çanaqqala bölgəsi yanır: boğaz bağlandı, 9 yaşayış məntəqəsi boşaldıldı, evlər və meşələr kül olur - FOTOLAR
23-08-2023 [10:02]
Türkiyənin Çanaqqala bölgəsinin Kayadere kəndində dünən saat 11.40 radələrində küləyin təsiri ilə böyüyən yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bölgəyə çoxlu sayda yanğınsöndürən, digər texnikalar və 8 təyyarə ilə yanaşı, 26 helikopter göndərilib.
Bununla belə yanğənı nəzarətə almaq mümkün olmayıb.
Məlumata görə, yanğın səbəbiylə 9 kənd boşaldılıb, 1251 nəfər təxliyə edilib: "Çanaqqala boğazı şimal-cənub gəmi keçidlərinə bağlanıb".
Yanğın zamanı 7 ev yanıb, tüstüdən zərər çəkən 48 nəfərə tibbi yardım göstərilib.
Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı yanğının 800 hektarının meşə olmaqla 1500 hektar sahəni əhaətə etdiyni bildirib: "Yanğın saat 11.39-da Damyeridə başlayıb. Bir neçə evin olduğu yaşayış məntəqəsinin yaxınlığından başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Yanğın 6 saata 6 kilometr məsafəni əhatə etdi. Yanğının sürətlə irəliləməsinə səbəb küləkdir. Bu vəziyyətdə yanğınla mübarizəni çətin olur".
Bütün gücləri ilə yaşayış məntəqələrinin qorunmasına diqqət yetirdiklərini vurğulayan Yumaklı deyib ki, ölən və ya yaralanan olmayıb: "Yanğına havadan və qurudan müdaxilə davam edir...".
Çanaqqala valisi İlhami Aktaş isə bildirib ki, ehtiyat tədbiri olaraq bəzi kəndləri boşaltmağa qərar veriblər.
Məlumata görə, Çanaqqalada saatlarla söndürülə bilməyən və küləyin təsiri ilə şəhər mərkəzinə yaxınlaşan yanğın Yağcılar kəndində bəzi evləri külə çevrib.
Samir Musayev
MİA.AZ
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO