"Fənərbağça"nın qapçısı İstanbuldan ayrıldı

img

23-08-2023 [09:07]


"Fənərbağça"ın qapçısı Altay Bayındır transfer danışıqları aparmaq üçün İstanbuldan ayrılıb. 

Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, Türkiyə millisinin də qapçısı olan Altay Bayındır İngiltərəyə yola düşüb.

Məlumata görə, o, burada Premyer Liqa komandaları "Mançester Yunayted" və "Nottingem Forest" komandaları ilə danışıqlar aparacaq: "Bu komandalardan hansının təklifi daha sərfəli olsa, Altay onunla anlaşacaq".

Məlumata görə, bazar dəyəri 11 milyon avro olan Altay Bayındır "Fənərbağça" forması ilə 145 matçda qapısından 162 top buraxıb. 25 yaşlı qapçı 44 oyunda isə qapısını toxunulmaz saxlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR